
İngiltərənin “Uotford" klubu Almaniyanın “Bavariya" komandasından Nestori İrankundanı transfer edib.
Sportnet.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.
19 yaşlı avstraliyalı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. “Uotford” İrankunda üçün qarşı tərəfə 3 milyon avro ödəyib.
Qeyd edək ki, Nestori İrankunda yanvar ayından icarə əsasında İsveçrənin “Qrasshopper" komandasında çıxış edirdi. O, meydana çıxdığı 19 oyunda 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.