
Motobol üzrə Rusiya çempionatında lider "Kolos" ilə "Aqrokompleks" arasındakı oyun qalmaqal və hakimə fiziki təzyiqlə yekunlaşıb.
Sportnet.az xəbər verir ki, bir neçə mübahisəli qərardan sonra referi Yevgeni Pustıkın final fiti matçda 2:2 hesablı heç-heçəni qeydə alıb.
Bundan sonra "Kolos"un narazı futbolçuları Pustıka yaxınlaşaraq, onu bir neçə dəfə itələyiblər. Meydana azarkeşlər də daxil olub.
Motosikllərlə qovulmasına baxmayaraq, hakim gizlənə bilib.