
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) oyununun hakimləri müəyyənləşib.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda keçiriləcək cavab matçı italiyalı hakimlər briqadasına həvalə olunub.
Oyunun baş hakimi Andrea Kolombo olacaq. Ona Stefano Alassio ilə Dario Çeççoni kömək edəcək. Dördüncü hakim funksiyasını Kevin Bonaçina yerinə yetirəcək.
VAR hakimi Daniele Doveri, VAR assistenti isə Daniele Paterna olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.