
Almaniyanın "Bavariya" klubundan ayrılan Tomas Müller karyerası ilə bağlı qərarını verib.
Sportnet.az "Sky Sport"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu MLS-ə keçəcək.
Müllerin "Los-Anceles" klubu ilə rəsmi danışıqlar apardığı bildirilir. Onun transferi 7-10 gün ərzində gerçəkləşəcək.
Qeyd edək ki, Tomas Müller ötən mövsümün sonunda "Bavariya"dan azad agent kimi ayrılıb. Almaniyalı futbolçu 2000-ci ildən Münhen təmsilçisinin sistemində idi. O, "Bavariya" ilə 13 dəfə Almaniya Bundesliqasını, 8 dəfə Almaniya Superkubokunu, 6 dəfə Almaniya Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını, eləcə də eynisayda UEFA Superkuboku ilə FIFA Klublararası Dünya Çempionatını qazanıb.