Braziliyanın "Fluminense" klubunun futbolçusu Con Arias İngiltərənin "Vulverhempton" komandasına keçib.

 

Sportnet.az xəbər verir ki, bu barədə "canavarlar"ın rəsmi saytı məlumat yayıb.

 

27 yaşlı cinah yarımmüdafiəçisi yeni klubu ilə 4+1 illik müqavilə imzalayıb. "Fluminense" transferdən 17 milyon avro qazanıb.

 

Qeyd edək ki, Con Arias 2021-ci ilin yayından "Fluminense"nin şərəfini qoruyurdu. O, Kolumbiya yığmasının üzvüdür.