
Azərbaycanlı futbolçu Zamiq Əliyevin heyətində yer aldığı “Eqnatiya” (Albaniya) klubu UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk matçında qələbə qazanıb.
Sportnet.az xəbər verir ki, Z.Əliyevin klubu səfərdə Minsk “Dinamo”sunu 2:0 hesabı ilə məğlub edib. Qarşılaşma Macarıstanda keçirilib.
Oyuna start heyətində çıxan azərbaycanlı müdafiəçi 78-ci dəqiqədə əvəzlənib.