
Niderlandlı məşhur futbolçu Patrik Klüyvertin oğlu Ruben Klüyvert karyerasını Fransanın“Lion” klubunda davam etdirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Fransa təmsilçisi 2024-cü ildən Portuqaliyanın “Kaza Piya” klubunda çıxış edən 24 yaşlı müdafiəçi ilə beş illik müqavilə imzalayacaq.
Transferin məbləği 4 milyon avro olacaq.
Qeyd edək ki, Ruben Klüyvertin qardaşı Castin Klüyvert İngiltərə “Bornmunt”unda çıxış edir. Onun atası Patrik Klyuvert isə karyerası boyunca İspaniyanın "Barselona" və "Valensiya", İtaliyanın "Milan", Niderlandın "Ayaks", Fransanın "Lill", İngiltərənin "Nyukasl Yunayted" kimi klublarında çıxış edib.