
İtaliya millisinin heyətində 2006-cı ildə dünya çempionatının qalibi olan Andrea Pirlo Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Dubay Yunayted"in baş məşqçisi təyin edilib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı italiyalı mütəxəssisin son iş yeri "Sampdoriya" olub.
A.Pirlo peşəkar məşqçilik karyerasına 2020-ci ildə "Yuventus"un başına keçməklə başlayıb. Bundan əvvəl o, "qoca sinyora"nın gənclər sistemində işləyib.