
İnter Mayami"nin ulduz argentinalı hücumçusu Lionel Messi və ispan müdafiəçi Jordi Alba Ulduzlar Oyununu buraxdıqları üçün MLS-də bir oyunluq cəzalanıblar.
Sportnet.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
MLS və Meksika çempionatının ulduzları arasında görüş iyulun 23-də baş tutub. Messi və Alba azarkeşlərin səsi sayəsində komandaya daxil edilib, lakin onlar iştirakdan imtina ediblər. Futbolçuların tibbi səbəbləri yox idi, buna görə də liqa onları Cincinnati ilə oyun üçün diskvalifikasiya etdi.
Messi MLS-də keçirdiyi son 7 matçda 6 qol vurub. 10 iyul 2025-ci ildə argentinalı MLS tarixində ardıcıl ən azı dörd matçda qol vuran ilk oyunçu oldu.
Messi Kataloniya "Barselona"sının yetirməsidir. O, 2003-2021-ci illərdə əsas komandada çıxış edib. Bu müddət ərzində 835 oyun keçirib, 709 qol vurub. Messi “Barselona” ilə dörd dəfə Çempionlar Liqasının qalibi, 2022-ci ildə Argentina millisi ilə Dünya Kubokunun qalibi , Messi iki dəfə Amerika Kubokunun, argentinalı isə 8 dəfə “Qızıl top”un qalibi olub.
Bundan əvvəl Aleksandr Oveçkin Messini futbol tanrısı adlandırmışd