
“Bu, çox gülünc addımdır. Messi, sənin böyüməyinin vaxtıdır".
Sportnet.az xəbər verir ki, bu sözləri ABŞ millisinin keçmiş oyunçusu Aleksi Lalas deyib.
Onun sözlərinə görə, “İnter Mayami”də çıxış edən argentinalı futbol ulduzu özünü uşaq kimi aparır: “Messi “Ulduzlar” oyununda iştirakla bağlı müqaviləni imzalamışdı. O, bunun öhdəliklərinin bir hissəsi olduğunu bilirdi. Əgər həmin matçda oynamaq istəmirdisə, müqaviləni imzalayana qədər vaxtı var idi”.
Lalas MLS klublarından “San Xose Erkvaks”, “Nyu York Red Bulls” və “Los Anceles Qalaksi”nin keçmiş baş meneceri olub.
Qeyd edək ki, Messinin “Ulduzlar” matçını buraxdığı üçün bir oyunluq cəzalanacağı da bildirilir.