
İspaniya "Real Madrid"inin baş məşqçisi Xabi Alonsonun Türkiyə millisinin futbolçusu Arda Gülərlə bağlı planı müəyyənləşib.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi start heyətə namizəd oyunçular arasında önəmli yerə sahib olub.
Onun "kral klubu"ndakı üçüncü mövsümündə yeni səhifə açmaq istədiyi bildirilir. Karlo Ançelottinin baş məşqçiliyi dövründə müntəzəm şans qazana bilməyən Gülər klublararası dünya çempionatındakı performansı ilə ALonsonun diqqətini cəlb etməyib bacarıb.
İspaniyalı mütəxəssis gənc ulduzu müdafiənin önündə yaradıcı yarımmüdafiəçi kimi sınaqdan keçirib. Məqsəd onun top ötürmə keyfiyyətlərini və müdafiəyə köməklik göstərmə bacarığını görməkdir. Baş məşqçi türk futbolçunu bu mövqedə çox bəyənib.
Qeyd edək ki, Arda Gülər 2024/2025 mövsümündə "Real Madrid"in heyətində 49 oyunda 6 qol və 11 məhsuldar ötürmə müəllifi olub.