
FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məsiyev UEFA Super Kubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.
Oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edəcək.
Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.