
PSJ-nin qapıçısı Canluici Donnarumma klub rəhbərliyindən “Lill”in qapıçısı Lyuk Şevalyenin yaxınlaşan transferi ilə bağlı məlumat alıb.
Sportnet.az xəbər verir ki, bu barədə Fransanın məşhur “RMC Sport” nəşri məlumat yayıb.
Məlumata görə, 23 yaşlı fransalı qapıçının transferinə 40 milyon avro ödənəcəyi gözlənilir.
İndi italiyalı qolkiperin iki yolu var: PSJ-dən ayrılmaq ya da yeni mövsümdə gənc qolkiperlə gərgin rəqabət.
Donnarummanın Paris klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Tərəflərin anlaşmanın uzadılması ilə bağlı apardığı danışıqların nəticə vermədiyi vurğulanır.