
UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqiblərinin sayında azalma baş verib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şimali Makedoniyanın "Şkendiya" klubunu III təsnifat mərhələsində üstələməyi bacarmasa, mübarizəni məhz bu turnirdə davam etdirəcək.
Belədə Ağdam komandası səpələnməmişlər səbətində yer alacaq. Mümkün rəqiblər isə bunlar olacaq:
"Hamrun Spartans" (Malta) - "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi
"Yanq Boyz" (İsveçrə)
"Lüdoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu
"Malmö" (İsveç) - "Kopenhagen" cütünün məğlubu
Qarşılaşmalar avqustun 21-də və 28-də keçiriləcək.
"Qarabağ" "Şkendiya"ya qalib gələcəyi təqdirdə isə Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri bunlar olacaq:
“Budö Qlimt” (Norveç)
“Seltik” (Şotlandiya)
“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka) cütünün qalibi
“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Lüdoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi
Bu gün İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Pley-off mərhələsinin oyunları 19-20 və 26-27 avqustda keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" "Şkendiya" ilə ilk görüşünə avqustun 5-də Skopyedə, cavab oyununa avqustun 12-də Bakıda çıxacaq.