
Sabiq FIFA referisi Çan Din Thin 43 yaşında vəfat edib.
Sportnet.az xəbər verir ki, bu barədə Vyetnam Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Beynəlxalq dərəcəli hakim dözümlülük testi üçün təxminən 4 km məsafəni qət etməyə çalışarkən yıxılıb.
Din Thinə ilkin yardım göstərilib, daha sonra xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Çan Din Thin 2019-cu ildən FIFA referisi idi.