
Növbəti mövsüm hazırlıqlarını davam etdirən "İmişli" yeni transferini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi qanalı futbolçu Yau Mozes ilə anlaşıb.
Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümü avqustun 15-də start götürəcək.