
Azərbaycan Premyer Liqa təmsilçisi "Karvan-Yevlax" növbəti transferini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yevlax təmsilçisi Uğur Cahangirovu rənglərinə bağlayıb.
24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Cahangirovun son klubu "Sumqayıt" olub.