
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Türkiyənin "Fənərbağça" komandası Niderlandda "Feyenoord"un qonağı olub.
"De Kuip" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Yerli komandadan ilk qolu 19-cu dəqiqədə Kvinter Timber vurub. 86-cı dəqiqədə Sofyan Amrabat hesabı bərabərləşdirsə də, 90+1-ci dəqiqədə Anis Hac Mussa yekun nəticəni müəyyənləşdirib.
Günün sensasiyasına Qazaxıstan "Kayrat"ı imza atıb. Almatı təmsilçisi bu dəfə evdə Slovakiyanın "Slovan Bratislava" klubunu minimal hesabla yenməyi bacarıb.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
6 avqust
19:00. "Kayrat" (Qazaxıstan) - "Slovan Bratislava" (Slovakiya) - 1:0
21:00."Zaltsburq" (Avstriya) - "Brügge" (Belçika) - 0:1
21:30. "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) - 0:0
22:30."Lex Poznan" (Polşa) - "Srvena Zvezda" (Serbiya) - 1:3
23:00. "Feyenoord" (Niderland) - "Fənərbaxça" (Türkiyə) - 2:1
23:00."Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya) - 0:2
6 avqust
"Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka) - 0:0
"Dinamo Kiyev" (Ukrayna) – "Pafos" (Kipr) - 0:1
"Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan) - 0:1
"Reyncers" (Şotlandiya) – "Viktoriya Plzen" (Çexiya) - 3:0
Qeyd edək ki, bütün cavab görüşləri avqustun 12-də keçiriləcək.