
İranın "İstiqlal" klubu 38 yaşlı ispan qapıçı Antonio Adan ilə müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, təcrübəli qolkiper azad agent statusu ilə Tehran klubu ilə bir mövsümlük müqavilə bağlayıb.
Qapıçı "Sportinq"dən ayrıldıqdan sonra 2024-cü ilin iyul ayından klubsuz idi.
Qeyd edək ki, Adan karyerası boyunca "Atletiko", "Real Betis", "Kalyari" və "Real Madrid" kimi klublarda çıxış edib.