Uruqvay millisinin hücumçusu Darvin Nunyes Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçib.

 

Sportnet.az xəbər verir ki, bu barədə Ərəbistan klubu rəsmi məlumat yayıb.

 

26 yaşlı forvardın son klubu “Liverpul” olub. O, 2022-ci ildən İngiltərə təmsilçisinin heyətində yer alıb.

 

Uruqvaylı İngiltərə Premyer Liqasının ötən mövsümündə 30 matçda iştirak edib, 5 qol vurub və iki məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında PSJ ilə 1/8 finalın cavab matçında penaltilər seriyasında qeyri-dəqiq zərbə ilə yadda qalıb.

 

“Transfermarkt” portalında təqdim edilən məlumata görə, futbolçunun transfer qiyməti 45 milyon avrodur.