
"Neftçi"nin sabiq futbolçusu Sabir Buqrin karyerasına Hindistanda davam etdirə bilər.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi "Çennayin"in maraq dairəsindədir.
Superliqa təmsilçisi Buqrinin hazırki klubu Mərakeş təmsilçisi "Raca Klub Atletik"ə 500 min dollar dəyərində rəsmi təklif göndərib.
Kasablanka şəhərinin komandası ötən ay iki illik yeni müqavilə imzaladığı futbolçunu satmaq niyyətində deyil.
Qeyd edək ki, Sabir Buqrin 2020-ci ilin oktyabrından 2022-ci ilin yanvarına qədər "Neftçi"nin şərəfini qoruyub. O, "ağ-qaralar"dan 450 min avro qarşılığında Tunisin "Esperan" klubuna transfer olub.