
Fransanın PSJ klubu rəsmi saytı vasitəsilə Ukrayna millisinin futbolçusu İlya Zabarnını transfer etdiyini açıqlayıb.
Sportnet.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Paris təmsilçisinə İngiltərənin "Bornmut" komandasından keçib.
Tərəflər arasında 5 il müddətinə müqavilə imzalanıb.
PSJ Zabarnı üçün qarşı tərəfə 63 milyon avro ödəyib.
Qeyd edək ki, İlya Zabarnı 2023-cü ilin yanvarından "Bornmut"da çıxış edirdi.