
İngiltərənin "Bornmut" klubu Fransa "Lill"indən Bafode Diakiteni transfer edib.
Sportnet.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Bornmut" 24 yaşlı müdafiəçi ilə uzunmüddətli müqavilə imzalayıb. Keçidin dəyəri 35 milyon avrodur.
Qeyd edək ki, Bafode Diakite ötən mövsüm Liqa 1-də meydana çıxdığı 31 oyunda 4 qol və 1 məhsuldar ötürmə müəllifi olub.