1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" Avstriyada son məşqinə çıxdı
Azərbaycanın "Qarabağ" futbol komandası Avstriyada sonuncu məşqinə çıxıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi ötən gün yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 22:30) Kössen qəsəbə stadionunda 90 dəqiqəlik məşqə çıxıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu gün sonuncu yoxlama oyununu keçirəcək. Kössen qəsəbə stadionunda Bakı vaxtı ilə saat 21:30-da start götürəcək matçda rəqib Rusiyanın "Lokomotiv" (Moskva) klubu olacaq.
Qeyd edək ki, iyunun 18-dən Avstriya toplanışına start verən "Qarabağ" sabah Vətənə dönəcək. İyulun 15-də isə Azərbaycan Premyer Liqasının qalibi Bakıda Monteneqro "Rudar"ı ilə Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:30-da başlanacaq.