
Fransa "Marsel"inin futbolçuları Conatan Rou və Adrien Rabyo komandanın əsas heyətindən müvəqqəti kənarlaşdırılıblar.
Sportnet.az "La Provence" nəşrinə istinadən xəbər verir ki, buna "Renn"ə 0:1 hesablı məğlubiyyətlə bitən Liqa 1 matçından sonra baş vermiş münaqişə səbəb olub.
Oyunçular, məşqçilər və klub rəhbərliyi paltardəyişmə otağında yüksək topla danışıblar. Rou öz oyununun tənqid olunmasını təhqir kimi qəbul etdikdə vəziyyət gərginləşib. Onun Rabyonun sifətinə zərbə endirdiyi bildirilir.
Bundan sonra iki oyunçu bir-birinə qarşılıqlı zərbələr vurub. Məsələyə baş məşqçi Roberto De Zerbi, onun köməkçiləri və idman direktoru Mehdi Benatiya qarışaraq, münaqişəni yoluna qoyub.
Klub hər iki oyunçunu qeyri-müəyyən müddətə diskvalifikasiya edib. Avqustun 23-də "Marsel" II tur matçında "Paris"ə qarşı oynayacaq.
Qeyd edək ki, Adrien Rabyo Fransa yığmasında 50-dən çox, "Marsel"də 32 oyun keçirib. O, klubda 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Conatan Rou isə "Marsel"ə 2024-cü ildə "Norviç"dən keçib. Bu müddətdə Rou Fransa komandasında 28 oyuna 3 qol vurub.