
Fransanın "Marsel" klubu futbolçusu Adrien Rabyonu transferə çıxarıb.
Sportnet.az-ın məlumatına görə, belə qərara fransalı yarımmüdafiəçinin "Renn"ə 0:1 hesabı ilə uduzduqları Liqa 1 matçından sonra komanda yoldaşı Conatan Rou ilə dalaşması səbəb olub.
Rəhbərlik əvvəlcə oyunçuları məşqlərdən kənarlaşdırıb, daha sonra hər ikisini satışa qoyub.
"Marsel" 30 yaşlı Rabyonun satışından 15 milyon avro gəlir əldə etməyi düşünür.
Xatırladaq ki, 2024/2025 mövsümündə Adrien Rabyo 31 oyunda 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin iyununadək nəzərdə tutulub. Transfermarkt Rabyoya 25 milyon avro qiymət qoyub.