
İngiltərə Premyer Liqası klubları yay fasiləsində yeni transferlərə artıq 2,37 milyard funt sterlinq xərcləyib.
Sportnet.az-ın məlumatına görə, bu məbləğ liqa tarixində ən yüksək göstəricidir.
Əvvəlki rekord (2,36 milyard funt sterlinq) 2023-cü ilin yayında müəyyən edilib.
Qeyd edək ki, Premyer Liqada bu yayın ən bahalı transferi "Liverpul"a məxsusdur. Mersisaydlılar 125 milyon avroya Almaniya "Bayer"indən Florian Virtsi alıb. Yay transfer pəncərəsi sentyabrın 1-də bağlanacaq.