
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ"la UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa görə Şimali Makedoniyanın "Şkendiya" klubuna xəbərdarlıq edib.
Sportnet.az xəbər verir ki, səbəb kimi avqustun 5-də keçirilmiş ilk qarşılaşmada yarış məkanındakı otaqların UEFA-nın stadion infrastrukturu reqlamentinə uyğun olmaması göstərilib.
Qeyd edək ki, Skopye şəhərindəki Todor Proeski stadionunda təşkil olunmuş ilk qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.