
Azərbaycan Premyer Liqasının II turunda "Karvan-Yevlax"a 2:3 hesablı məğlubiyyət "Kəpəz" azarkeşlərinin kəskin narazılığı ilə qarşılanıb.
Sportnet.az-ın oyuna ezam olunmuş əməkdaşı xəbər verir ki, qarşılaşmadan sonra Gəncə təmsilçisinin azarkeşləri baş məşqçi Adil Şükürova sərt etiraz ediblər.
Onlar komandanın oyunundan narazı qaldıqlarını bildirərək, “Haqqımız sənə haram olsun” şüarları səsləndiriblər.
Azarkeşlər komandanın çıxışından məyus olduqlarını və vəziyyətin tezliklə dəyişməsini tələb ediblər.
Qeyd edək ki, "Kəpəz" "Sumqayıt"la ilk tur oyununda da qapısından 3 top buraxıb - 0:3.