Aqius Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi ilə keçirəcəkləri cavab görüşü üçün onları Bakıya yorucu səfərin gözlədiyini bildirib. 40 yaşlı mütəxəssis Azərbaycan futbolunu izlədiyini də vurğulayıb: "Az qala bütün komandalar haqqında təsəvvürüm olmalıdır. Bu, bir məşqçi kimi borcumdur. Deyə bilərəm ki, Azərbaycanda futbol sürətlə inkişaf edir. Bu sahəyə qoyulan böyük sərmayələr işini görür. Bizi cavab görüşünə uzun və yorucu səfər gözləyir. Amma bu, futboldur".
Qeyd edək ki, "Qarabağ" "Valletta" ilə ilk görüşünü 15-16 iyulda Ta Qalidə, cavab matçını isə 22-23 iyulda Bakıda keçirəcək.