
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidinə dair Türkiyənin “Sivasspor” klubu ilə razılıq əldə edilib.
Anlaşmaya əsasən, futbolçu 1 il icarə əsasında Masazır təmsilçisində çıxış edəcək. O, “Sabah”da 21 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Velko Simiç karyerası ərzində “Sivasspor”la yanaşı, Serbiyanın “Srvena Zvezda” (2012-2013, 2018-2021), “Zemun” (2018), “Voyvodina” (2021-2023), İsveçrənin “Bazel” (2013-2017), “Şaffhauzen” (2016), “Kyasso” (2016-2017), “Vintertur” (2017), Sloveniyanın “Domjale” (2014-2015) və Kiprin “Omoniya” (2023-2025) klublarında çıxış edib.
O, Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub.