
"Qarabağ"ın futbolçusu Toral Bayramov azarkeşlərə qarşı örnək davranışı ilə fərqlənib.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı müdafiəçi Bakıda Macarıstan "Ferentsvaroş"u ilə keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra fanatların əhatəsinə düşüb.
O, BMW markalı avtomobilinə minmək istəyərkən, pərəstişkarları şəkil çəkdirmək istəyiblər. Bayramov avtomobildə həyat yoldaşının olmasına baxmayaraq, maşından düşüb və hamını bir-bir çağıraraq, şəkil çəkdirib.
Sportnet.az həmin görüntüləri təqdim edir: