
Arsenal müdafiəçisi Oleksandr Zinçenko 2025-ci ilin yay transfer pəncərəsində Nottingham Forest klubuna bir illik icarə əsasında keçib.
Sportnet.az klubun rəsmi hesabına istinad xəbər verir ki transfer pəncərəsinin son günündə reallaşan bu keçid, Arsenal üçün həm maliyyə, həm də heyət balansı baxımından strateji addım olub.
Zinçenko keçən mövsüm əsas heyətdəki yerini itirmişdi və yeni mövsümdə daha az oyun şansı əldə etməsi gözlənilirdi. Nottingham Forest isə onun təcrübəsindən faydalanmaq məqsədilə icarə müqaviləsini bağlayıb.
Qeyd edək ki, Zinçenko 2022-ci ildə Manchester City-dən Arsenal-a 30 milyon funt qarşılığında keçmişdi.