
“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund komandanın baş məşqçisi Ruben Amorimin planlarına uyğun gəlmədiyi üçün “Napoli”yə transfer olunub.
Sportnet.az “The Athletic”-ə istinadən xəbər verir ki, danimarkalı forvard klubunu tərk etmək istəməyib. O, uşaqlıqdan “qırmızı şeytanlar”ın azarkeşi olub və “Old Trafford”da qalaraq əsas heyət uğrunda mübarizə aparmağı arzulayıb.
Ancaq Hoylund anlayıb ki, bu arzusunun gerçəkləşməsi mümkün olmayacaq və bu qərar futbolçu üçün ağır zərbə olub. O, transferə razılıq verməkdə uzun müddət tərəddüd edib.
22 yaşlı hücumçu “Mançester Yunayted”in heyətində 95 oyuna çıxıb, 26 qol vurub.
“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.