
"Zirə"nin İdarə Heyətinin sədri Orxan Məmmədov bu il qəbul imtahanlarında yüksək bal toplayan klubun U-19 komandasının üzvü Əbülhəsən Məmmədovla görüşüb.
Sportnet.az "qartallar"ın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə futbolçunun qəbul olunduğu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da iştirak edib.
Məmmədov 696 bal toplayan oyunçuya noutbuk hədiyyə edib.