
2026-cı il dünya çempionatına Cənubi Amerika zonası üzrə birbaşa vəsiqə qazanan ölkə yığmalarının hamısı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, finişə bir tur qalmış bütün 6 komandanın adına aydınlıq gəlib.
Bunlar Argentina, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya və Paraqvaydır.
Bu gecə keçirilmiş oyunlar nəticəsində Uruqvay və Kolumbiya müvafiq olaraq, Peru və Boliviya üzərində 3:0 hesablı qələbə, Paraqvay isə evdə Ekvadorla qolsuz heç-heçə sayəsində birbaşa vəsiqələri təmin ediblər.
Cənubi Amerika zonasından daha bir komanda 7-ci yeri tutmaqla qitələrarası pley-off matçları ilə mundiala yollana bilər. Hazırda həmin pillədə Venesuela qərarlaşsa da, bir xal geri qalan Boliviya da şanslarını qoruyur.
Çili və Peru isə bütün şanslarını itirib.
Qeyd edək ki, hazırda dünya çempionatına 48 vəsiqədən 16-sı sahibini tapıb. Daha əvvəl Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Yeni Zelandiya, həmçinin, mundiala ev sahibliyi edəcək Kanada, ABŞ və Meksika təmin edib.