
"Qarabağ" və Deloitte" şirkəti arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirdə klub prezidenti Tahir Gözəl və şirkətin rəsmisi Nuran Kərimov iştirak edib.
Bildirilib ki, memorandumun əsas məqsədi Ağdam təmsilçisinin inkişafını daha da sürətləndirməkdir.
T.Gözəl dünya təcrübələrini bölüşməkdə "Deloitte" şirkətinin böyük rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, iki şirkətin dəyərləri üst-üstə düşdüyü üçün belə bir qərar qəbul olunub.
N.Kərimov audit-konsaltinq şirkəti olaraq, regionda ilk dəfə idman dünyasının ulduzu olan "Qarabağ"la işbirliyi qurduqlarını söyləyib: "İki lider təşkilat bu gün öz gücünü birləşdirir. Bu, bizim üçün ilk təcrübəsir. İlk dəfə paylaşım edəndə azarkeşlər soruşurdulat ki, bu, yeni oyunçudur? (Gülür - red.). Ola bilsin, bir çoxları şirkətimizin fəaliyyəti barədə məlumatlı deyil".
Müqavilə 2030-cu ilədək karbon qazından azad olmağın yollarını nəzərdə tutur. Ekspertlər komandası klubun hesabatlılığını artıracaq və göstəricilərin ölçülməsində köməklik göstərəcək. Xidmət ödənişlidir. Lakin çox güzəştli şərtlərlə aparılacaq. Kommunikasiyalarda loqomuz olacaq, amma stadionlarda banner olmayacaq.
Klub prezidenti bu gün dünya çempionatının seçmə oyununa çıxacaq Azərbaycan millisinə uğurlar arzulayıb: "İslandiyada oynayacaq millimizə uğurlar arzulayıram. Allah köməkləri olsun. Sözün mənəvi tərəfindən deyirəm. Allah köməkləri olsun."