
2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində 6-cı oyun həftəsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, dörd komandalı qruplarda II turun görüşləri keçirilib.
A qrupunda yer alan Almaniya yığması Şimali İrlandiyanı məğlub edib. İlk turda Bundestimi məğlub etmiş Slovakiya isə səfərdə Lüksemburqa çətinliklə qalib gəlib.
E qrupunda Türkiyə millisi öz meydanında İspaniya ilə üz-üzə gəlib. Qarşılaşmadan qonaqlar 6 cavabsız topla ayrılıblar. Toplardan 3-nü Mikel Merino 22-ci, 45+1-ci və 57-ci dəqiqələrdə vurub, Pedri 6-cı və 62-ci dəqiqələrdə fərqlənib. Daha bir dəqiq zərbənin müəllifi isə 53-cü dəqiqədə Ferran Torres olub.
Bu qrupun digər matçında isə Gürcüstan yığması evdə Bolqarıstanın qapısından 3 top keçirib.
5 komandalı G qrupunda Niderlanda səfərdə Litvanın, Polşa evdə Finlandiyanın qapısından 3 top keçirib.
J qrupunda Şimali Makedoniya Lixtenşteyni, Belçika Qazaxıstanı darmadağın edib.
DÇ-2026, seçmə mərhələ
7 sentyabr
A qrupu
22:45. Almaniya - Şimali İrlandiya - 3:1
22:45. Lüksemburq - Slovakiya - 0:1
Xal durumu: Slovakiya - 6, Şimali İrlandiya - 3, Almaniya - 3, Lüksemburq - 0
E qrupu
17:00. Gürcüstan - Bolqarıstan - 3:0
22:45. Türkiyə - İspaniya - 0:6
Xal durumu: İspaniya - 6, Gürcüstan - 3, Türkiyə - 3, Bolqarıstan - 0
G qrupu
20:00. Litva - Niderland - 2:3
22:45. Polşa - Finlandiya - 3:1
Xal durumu: Niderland - 10 (4 oyun), Polşa - 10 (5), Finlandiya - 7 (5), Litva - 3 (5), Malta - 2 (5)
J qrupu
20:00. Şimali Makedoniya - Lixtenşteyn - 5:0
22:45. Belçika - Qazaxıstan - 6:0
Xal durumu: Şimali Makedoniya - 11 xal (5 oyun), Belçika - 10 (4), Uels - 10 (5), Qazaxıstan - 3 (5), Lixtenşteyn - 0 (5).