
"Barselona"nın sabiq futbolçusu Munir Əl-Haddadi karyerasını İranda davam etdirəcək.
Sportnet.az xəbər verir ki, 30 yaşlı hücumçu "İstiqlal"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı futbolçu ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Mərakeş əsilli futbolçu 2014-2019-cu illərdə Kataloniya klubunun əsas komandasında çıxış edib. Onun son klubu "Leqanes" (İspaniya) olub.