
"Konya Əhalisindən və millətimizdən üzr istəyirik"
Sportnet.az xəbər verir ki Türkiyə millisinin futbolçusu Merih Demiral, evdə Tüm İspaniyaya 0:6 hesabı ilə uduzduqları 2026-cı il dünya çempionatının seçmə qrup oyunundan sonra açıqlama verib.
"ay-ulduzlular” rəqibinə böyük hesabla məğlub olub.
Təcrübəli müdafiəçi görüşdə heç nə ortaya qoya bilmədiklərini etiraf edib:
“Yaxşı günlərimiz olduğu kimi, pis günlərimiz də olur. Ortaya heç nə qoya bilmədik. Hələ oyunu təkrar izləmədim, amma meydandan gördüyüm qədərilə heç nə edə bilmədik. Rəqib güclü idi, amma bizim də daha yaxşı oynamaq imkanımız vardı. Çox inanırdıq, yaxşı hazırlaşdığımızı düşünürdük, amma meydanda lazım olanı edə bilmədik.
Gənc komandayıq, dərs çıxarıb önümüzə baxacağıq. Ən yaxşı şəkildə qrupu başa vurmaq üçün mübarizə aparacağıq”.