Azərbaycanı Avropa Liqasında təmsil edən "Qəbələ” klubu daha bir futbolçusu ilə yolları ayırıb. Sportnet.az-ın məlumatına görə, uzun müddətdir zədədən əziyyət çəkən Ruslan Əmircanovun başa çatan müqaviləsi uzadılmayıb.
Xəbəri qol.az-a açıqlamasında 30 yaşlı müdafiəçinin özü də təsdiqləyib.
Qeyd edək ki, Ruslan Əmircanov "Qəbələ”yə 2014-cü ilin mayında "İnter”dən transfer olunub.