
Manuel Akanji artıq İngiltərənin "Mançester Siti" klubunda çıxış etmir və yay transfer pəncərəsində İtaliya "İnter"inə keçib.
Sportnet.az xəbər verir ki, İsveçrə millisinin düşərgəsində müdafiəçi keçidinin səbəblərini açıqlayıb və baş məşqçi Pep Qvardiola ilə söhbətindən danışıb.
“Baş məşqçi bizə aydın şəkildə dedi ki, altı mərkəz müdafiəçisindən ikisi oynayacaq, ikisi isə ehtiyatda qalacaq. Qalanların oyun vaxtı tapması çətin olacaq. Bunu eşitmək xoş deyildi, çünki həmişə meydanda olmaq istəyirəm”, – deyə Akanji bildirib.
Müəyyən səbəblərə görə Qvardiolanın onu planlarından çıxarmasına münasibət bildirən futbolçu əlavə edib: “Niyə belə etdiyini ondan soruşmalısınız.
Hələ də qətiliklə qəbul etmək çətindir ki, "Siti" ailəsinin bir hissəsi deyiləm. Amma Mançesterdə ailəmizlə çox rahat idik və ora üçün darıxacağıq”.