
"Qarabağ"ın qapıçısı Amin Ramazanov I Liqada mübarizə aparan “Zaqatala” klubuna keçib.
Sportnet.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Ramazanov aşağı liqa komandasına icarəyə verilib.
22 yaşlı qolkiper "Zaqatala"da 6 ay çıxış edəcək.
Qeyd edək ki, daha əvvəl I Liqa klubu Rəhman Şabanov və İlkin Qırtımovla da müqavilə bağlayıb.