
"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində Portuqaliyada "Benfika"ya qarşı keçirəcəyi ilk tur matçının təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma Şimali İrlandiyadan olan hakimlərə həvalə olunub.
Baş hakim Ceymi Robinsona Adam Ceffri və Brayan Uilson yan xətt hakimləri kimi yardımçı olacaq. Dördüncü hakim funksiyasını portuqaliyalı Dioqu Roza yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 16-da Seyşal şəhərindəki futbol düşərgəsində keçiriləcək oyun Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.