
Əfsanəvi braziliyalı hücumçu Ronaldinyonun oğlu Joao Mendes İngiltərənin "Hall Siti" klubuna keçib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı sağ cinah yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə bağlanılıb.
O, türkiyəli iş adamı Acun Ilıcalıya məxsus klubun U-21 komandasında çıxış edəcək.
Qeyd edək ki, hazırda "Hall Siti" Çempionşipdə 17-ci yerdə gedir. Joao Mendes karyerasına Braziliya "Kruzeyro"sunda başlayıb. Ronaldinyonun oğlu 2023-cü ilin yazında İspaniya "Barselona"sına, ötən il isə İngiltərə "Bernli"sinə keçib.