
"Hücum futbolu oynayacaq və qalib gələcəyik".
Sportnet.az xəbər verir ki, bunu Portuqaliya "Benfika"sının futbolçusu Vangelis Pavlidis evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur oyunundan öncə mətbuat konfransında deyib.
27 yaşlı hücumçu Kerem Aktürkoğlunun gedişindən sonra özünün pis çıxış etməsinə dair fikirlərlə razılaşmayıb: "Mən komandama kömək etmək və qollar vurmaq istəyirəm. Qollar gələcək. Hər 3 gündən bir oyun keçiririk. Bizə vaxt lazımdır".
Qeyd edək ki, sentyabrın 16-da Lissabon şəhərindəki "Da Luj" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.