
“Qəbələ” hücumameylli yarımmüdafiəçisi Salihu Nasiru 20 yaşadək futbolçular arasında dünya çempionatında iştirak edəcək.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı oyunçu Çilidəki mundialda mübarizə aparacaq Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib.
Nigeriya U-20 millisi sentyabrın 27-də start götürəcək dünya çempionatının final mərhələsində F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə eyni qrupda mübarizə aparacaq.
Qeyd edək ki, Salihu Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda iştirak edib.