
"Qarabağ" komandası Portuqaliyada "Benfika"ya qarşı keçirdiyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I tur matçında itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, 75-ci dəqiqədə Marko Yankoviç rəqib futbolçunun sərt müdaxiləsindən sonra ayağından xəsarət alıb.
Oyunu davam etdirə bilməyən monteneqrolu yarımmüdafiəçi əvəzlənməli olub. Onun yerinə meydana Oleksiy Kaşuk daxil olub.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 2:2.