
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunda "Qarabağ"ın rəqibləri fərqli nəticələr göstəriblər.
Sportnet.az-ın məlumatına görə, növbəti turda Bakıda Azərbaycan təmsilçisi ilə üz-üzə gələcək Danimarka "Kopenhagen"i heç-heçə edən yeganə komanda olub.
Yeganə böyük hesablı qələbəyə isə Almaniya "Ayntraxt"ı imza edib. Frankfurt klubu Türkiyə "Qalatasaray"ını yenib.
Ümumiyyətlə, "Qarabağ"a uduzan "Benfika" ilə yanaşı, "Atletik", "Çelsi", "Napoli", "Ayaks" də yenilib.
Qalib gələnlər isə "Ayntraxt"la yanaşı, "Liverpul" olub.
İlk turda "Qarabağ" və rəqiblərinin nəticələri:
"Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:3
"Kopenhagen" (Danimarka) - "Bayer Leverkuzen" (Almaniya) - 2:2
"Atletik Bilbao" (İspaniya) - "Arsenal" (İngiltərə) - 0:2
"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) - 3:1
"Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0
"Ayaks" (Niderland) - "İnter" (İtaliya) - 0:2
"Ayntraxt Frankfurt" (Almaniya) - "Qalatasaray" (Türkiyə) - 5:1
"Liverpul" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya) - 3:2
İlk turdan sonra "Qarabağ" 10-cu pillədə qərarlaşıb:
Qeyd edək ki, II turun oyunları 30 sentyabr - 1 oktyabrda keçiriləcək.