
Əfsanəvi futbolçu Zinəddin Zidanın oğlu Luka Zidan Əlcəzair millisinin formasını geyinə bilər.
Sportnet.az-ın məlumatına görə, hazırda İspaniya "Qranada"sında çıxış edən qapıçı FIFA-dan müvafiq rəsmi razılıq alıb.
Bu razılıq 27 yaşlı qolkiperə beynəlxalq oyunlarda Afrika ölkəsinin yığmasında çıxış etmək imkanı verir.
"Real Madrid"in sabiq üzvü daha əvvəl Fransanın 17 yaşadək futbolçulardan ibarət yığmasının heyətində dünya və Avropa çempionatlarında oynayıb.
İndi Luka Zidan böyüklər arasında beynəlxalq yarışlarda debüt etməyə hazırlaşıb.
Xatırladaq ki, Zinəddin Zidanın valideynləri Əlcəzairdəndir. Onun böyük oğlu Entso Zidan yarımmüdafiəçi mövqeyində çıxış edib və 2024-cü ildə 29 yaşında ikən futbolçu karyerasını bitirib.